Son yeniləmə: 30 İyul 2024 13:25
Fikrət Əliyev: Bu rəzil komanda Avropada sivilizasiyanın və xristian mədəniyyətinin süqutu üçün əlindən gələni edir
BAYRAQDAR MEDİA – “Emmanuel Makronun və komandasının rəzil idarəçiliyi olduqca ciddi təhlükədən xəbər verir”.
Bunu BAYRAQADR MEDİA-ya açıqlamasında politoloq Fikrət Əliyev deyib.
O, qeyd edib ki, dünya düzəni, insanlıq həm də dini inanclara, dini-mənəvi dəyərlərə söykənərək inkişaf edir: “Amma biz görürük ki, Fransa hakimiyyəti, konkret olaraq Makron və onun komandası bütün gücünü bu inancları, dini-mənəvi dəyərləri məhv etməyə yönəldib. Necə deyərlər, Makron və komandası hazırda satanistlərin müttəfiqi kimi hərəkət edir. Bu isə bəşəriyyətin bu günü və sabahı üçün heç də xoş nəticə vəd etmir”.
Politoloq qeyd edib ki, bu gün Fransa deyəndə ağıla ilk gələn rəzil idarəçilik, bu idarəçiliyə etiraz edən sadə insanlara, hətta fermerlərə qarşı zirehli texnikadan istifadə edən hakimiyyət, iqtisadi böhranın hökm sürdüyü, həmçinin mədəni və mənəvi aşınmanın son həddə çatdığı ölkə gəlir: “Bu da səbəbsiz deyil. Çünki Emmanuel Makronun rəzil və biabırçı idarəçiliyi Fransanı iflas həddinə çatdırıb”.
Onun sözlərinə görə, Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılışı mərasimindən sonra isə Fransa daha bir mənfi ünvan qazandı: “Bəlli oldu ki, Makron Fransası təkcə müsəlman sivilzasiyasına qənim kəsilməyib. Bu rəzil komanda həm də Batıda, Avropada sivilizasiyanın və xristian mədəniyyətinin süqutu üçün əlindən gələni edir. Bunu artıq Batının aparıcı media orqanları da yazır. Elə açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası zamanı yol verilən əxlaqsız nümayiş də deyilənləri təsdiqləyir. Medianın da qeyd etdiyi kimi, bu nümayiş Batı sivilizasiyasının tamamilə dağılmasını, Olimpiya bayramının və onun ideallarının transgenderlərin paradına çevrilməsini açıq şəkildə göstərdi”.