Son yeniləmə: 30 İyul 2024 13:23
BAYRAQDAR MEDİA – KKTC-də hakim UBP qurultaya hazırlaşır.
Bu arada isə millət vəkili Hasan Taçoy partiya sədrliyinə namizəd olmaq üçün rəsmən müraciət edib.
Bu barədə Gündem Kıbrıs məlumat yayıb.
Bildirilib ki, “sentyabrın 21-də keçiriləcək 23-cü qurultaya hazırlıq sürətlə davam edir. İyulun 29-da ailəsi ilə birlikdə Köşklüçiftlikdəki UBP qərargahına gələn Hasan Taçoy ərizəsini UBP baş katibi Oğuzhan Hasipoğluna təqdim edib”.
Məlumata görə, H.Taçoy daha sonra mətbuata açıqlama verib. O, bu qərarı verərkən partiyasına, ailəsinə və dostlarına güvəndiyini bildirib: UBP günəşinin daha da parlayacağı bir dövrdür. Məqsədimiz partiyanın üzərindəki qara buludları aradan qaldırmaqdır”.