BAYRAQDAR MEDİA – 21-30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan Azərbaycan komandası 1 gümüş və 3 bürünc medal qazanıb. Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər”.