Son yeniləmə: 29 İyul 2024 16:06
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Xalq artisti, xoreoqraf, rəqqasəRoza Cəlilova ilə gənclərin görüşü keçirilib.Görüş Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzinin dəstəyi, həmçinin “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
İctimai Birlikdən verilən məlumata görə, “MədəniyyətimİZ” proqramı çərçivəsində reallaşan tədbiri giriş sözü ilə açan layihə koordinatoru Riad Cəbrayılov proqram çərçivəsində həyata keçirilən mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin əhəmiyyətindən bəhs edib: “Azərbaycan rəqs mədəniyyətinin tarixi və inkişafından, müasir dövrümüzdə rəqs sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsində Roza Cəlilovanın sənətdəki rolundan danışıb”.
Məlumata görə, daha sonra xoreoqraf Roza Cəlilova həyat və yaradıcılığı ilə bağlı tarixi xatirələrini bölüşüb: “Azərbaycan rəqs mədəniyyətinin inkişafı kontekstində müasir ənənələrinin təbliği, gənc rəqqasların yaradıcı fəaliyyətindən söhbət açılıb. Tədbir “Azərbaycan rəqs sənəti tarixi: keçdiyimiz yol, ənənələr və müasirlik”, “Ümummilli Lider Heydər Əliyevlə bağlı olan xatirlər” və “Milli rəqs mədəniyyətinin təbliği, gənclərin yaradıcılığının inkişafı” mövzularında panel müzakirə ilə davam edib”.
Məlumatda qeyd edilib ki, “görüşün bədii hissəsində Beynəlxalq Müsabiqələr Laureatı Lenay Seyidəlizadə, Aslanə Əliyeva, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, “Qayğı” Mərkəzinin rəqs kollektivinin ifalarında müxtəlif kompozisiyalar təqdim olunub. Respublikanın Əməkdar artisti ElzaSeyidcahanın ifasında “Haxışta” nəğməsi səslənib. “MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili görüşlərin təşkili nəzərdə tutulur”.