Son yeniləmə: 29 İyul 2024 16:05
BAYRAQDAR MEDİA – İyulun 29-da Dövlət Turizm Agentliyi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “tədbirdə Qərbi Azərbaycanın qədim və zəngin qastronomiya mədəniyyəti nümunələri, özünəməxsus təamları, bölgəyə məxsus adət-ənənələri və folklor nümunələri nümayiş etdiriləcək. Həmçinin Qərbi Azərbaycan mətbəxininin dərinliklərini bilən aşpaz və qənnadçıların bölgələrə yaxın ərazilərdən alınan ərzaqlarla hazırladıqları yeməklər təqdim ediləcək və onların dequstasiyası təşkil olunacaq”.