Press "Enter" to skip to content

Parisdə Olimpiadanın açılışı daha bir reallığı üzə çıxardı

Açılış zamanı yaşana rəzalət

Son yeniləmə: 29 İyul 2024 09:16

Bu mərasim xristian sivilizasiyasının süqutunu göstərdi

BAYRAQDAR MEDİA – Ötən həftə Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılışı keçirildi. Bu açılış başdan-başa rəzalətlə yadda qaldı.

Veçernıy Bişkek yazır ki, bunu Batının aparıcı media orqanları da qeyd edirlər: “Məsələn EADaily yazır ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi Batı Avropada sivilizasiyanın və xristian mədəniyyətinin süqutunun bariz sübutu oldu. Yunanıstanın “Pronews” portalı da öz materialında bu qənaətə gəlir. Qeyd olunur ki, bu çöküşün bariz əlaməti açılış mərasimində təqdim edilən travestilərin son şam yeməyini təsvir etdiyi səhnə olub.

Məlumata görə, məqalədə deyilir: “Mənfi emosiyaların artmasına 2024-cü il Olimpiadasının açılış mərasimində özünü transvestit kimi təqdim edənlərin iştirakı səbəb olub… İsa Məsih və şagirdləri Son Şam yeməyində. Bu, Batı sivilizasiyasının tamamilə dağılmasını, Olimpiya bayramının və onun ideallarının transgenderlərin paradına çevrilməsini açıq şəkildə göstərir”.

Mediada Fransanın ifrat sağçı Milli Cəbhəsinin liderlərindən biri Marin Le Penin qardaşı qızı, Avropa Parlamentinin üzvü Marion Mareşalın bəyanatı da dərc olunub. O, Olimpiadanın açılış mərasiminə görə qəzəbini gizlətməyib və bütün dünya xristianlarına “danışan Fransa deyil, hər cür təxribata hazır olan solçu azlıqdır” deyə müraciət edib.

EADaily daha əvvəl xəbər vermişdi ki, Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində beş halqalı məşhur bayraq başıaşağı qaldırılıb.

Mission News Theme by Compete Themes.