Son yeniləmə: 29 İyul 2024 09:25
BAYRAQDAR MEDİA – Meksikanın tanınmış “Milenio” qəzetində COP29-a dair məqalə dərc edilib. Məqaləni bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Meksika Milli Muxtar Universitetinin (UNAM) professoru Talya İşca qələmə alıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “müəllif məqaləsində COP29-un bu ilin noyabrında Azərbaycanda, Bakıda keçiriləcəyini xatırladaraq, bu xüsusda 2024-cü ilin iqlim dəyişikliyi ilə qlobal mübarizədə mühüm mərhələ kimi qeyd olunduğunu diqqətə çatdırıb. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkəmizin davamlılığa və az karbonlu iqtisadiyyata keçidə güclü sadiqlik nümayiş etdirdiyini bildirib”.
Məlumata görə, məqələsində Azərbaycanın neft sənayesində birinciliyindən söz açan müəllif bu kimi ölkələrin iqlim dəyişikliyi probleminə ciddi yanaşmasının ümid yaratdığını deyib: “Bu xüsusda, o, ölkəmizin davamlılıq sahəsində mühüm irəliləyişlər əldə etdiyini, bərpa olunan enerjiyə, xüsusən də günəş və külək enerjisinə sərmayə qoyduğunu və “fossil” yanacaqlardan asılılığını azaltmaq üçün müvafiq qərarlar qəbul etdiyini, strateji yerləşməsi və mühüm təbii ehtiyatları ilə təmiz enerji sahəsində regional lider kimi yüksəldiyini diqqətə çatdırıb”.
Bir sıra digər vacib məqamlara da diqqət ayıran müəllif sonda Meksika Azərbaycan münasibətlərinə də toxunub.