Son yeniləmə: 29 İyul 2024 09:29
BAYRAQDAR MEDİA – KKTC-nin hakim Ulusal Birlik Partiyası (UBP) növbəti qurultaya hazırlaşır. Bu arada bəlli olub ki, UBP-nin millət vəkili Hasan Taçoy sədrlik üçün müraciət edəcək.
Bu barədə Gündem Kıbrıs məlumat yayıb.
Bildirilib ki, “H.Taçoy iyulun 29-da 23-cü qurultayda sədrliyə namizədliyini rəsmən irəli sürəcək. Saat 11.00-da UBP-nin Köşklüçiftlikdəki Baş Qərargah binasında təqdim ediləcək müraciətdən sonra Hasan Taçoy mətbuata açıqlama verəcək”.