Press "Enter" to skip to content

Gənclər üçün Türkiyədə hərbi təhsil imkanı

Milli Savunma Bakanlığı

Son yeniləmə: 29 İyul 2024 14:30

BAYRAQDAR MEDİA – Qardaş ölkənin Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyə ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir. Tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması üzərindən müraciət edə bilər.

Elan BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Abituriyentlərə tələblər:

Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə ixtisasları :

– Aerokosmik mühəndislik;
– Kompüter mühəndisliyi;
– Elektrik və elektronika mühəndisliyi;
– Mexanika mühəndisliyi;
– Radiotexnika və telekommunikasiya mühəndisliyi;
– Sənaye mühəndisliyi;
– İnşaat mühəndisliyi;
– Gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi;
– Müdafiə fəaliyyətləri (menecment);
– Beynəlxalq münasibətlər;
– Tarix.

İmtiyazlar:

– 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
– 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
– 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
– 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;
– təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.);
– ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.

Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat formasını dəqiq doldurmağınız xahiş olunur.

Qeyd: Namizədlər müvafiq sənədlərini təqdim etmək və ətraflı məlumat əldə etmək üçün 03 avqust 2024-cü il tarixdə saat 15:00-da Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək tədbirə dəvət olunurlar. Namizədlərdən qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3×4 formatında 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə (arzu etdikləri təqdirdə valideynləri ilə birlikdə iştirak edə bilərlər) yaxınlaşmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a.

Ətraflı məlumat üçün Türkiyə Milli Müdafiə Universitetinin və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin (Kara Harp Okulu, Hava Harp OkuluDeniz Harp Okulu) rəsmi saytlarına keçid edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Mission News Theme by Compete Themes.