Press "Enter" to skip to content

Anadolu Universitetinə istiqamət verən ad

Prof. Dr. Fuat Erdal

Son yeniləmə: 29 İyul 2024 09:26

Prof. Dr. Fuat Erdal yenidən rektor seçildi

BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzaladığı və Resmi Gazetedə dərc edilən qərara əsasən Anadolu Universitetinin yeni rektorunun kimliyi bəlli olub.

Belə ki, Anadolu Universitetinin rektoru vəzifəsinə yenidən Prof. Dr. Fuat Erdal gətirilib. Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.

Bildirilib ki, ilk dəfə 24 iyun 2020-ci ildə bu universitetə rektor təyin edilən Prof. Dr. Fuat Erdal 1967-ci ildə Eskişehrin Çifteler rayonunda anadan olub və ilk təhsilinə Ekişehirdə başlayıb.

Orta Doğu Texniki Universitetinin (ODTÜ) İqtisadiyyat fakültəsini bitirdikdən sonra İngiltərənin Lids və Nottingem universitetlərində magistratura və doktorantura təhsilini başa vurub.

Akademik karyerasını Karadəniz Texniki Universiteti, Adnan Menderes Universiteti, İstanbul Texniki Universiteti və İbn Haldun Universiteti kimi müxtəlif dövlət universitetlərində davam etdirən Prof. Dr. Fuat Erdal 25 illik müddət ərzində müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb.

İbn Haldun Universitetində üç il Araşdırma və Tətbiq Mərkəzinin direktoru, Fakültə İdarə Heyətinin üzvü, Şöbə müdiri, Keyfiyyət Qiymətləndiricisi, Dekan və Prorektor kimi vəzifələrdə çalışıb.
İqtisadi inkişaf və beynəlxalq iqtisadiyyat sahələrində dosent elmi dərəcəsinə sahib olan Prof. Dr. Fuat Erdal giriş iqtisadiyyatı, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat və idarəetmə iqtisadiyyatını tədris edir.

Onun həmçinin “Türkiyənin xarici, iqtisadi, sosial və inzibati siyasətləri”, “Həyat sığortası və fərdi pensiya sistemi”, həmçinin “Bankçılıq və sığortaya giriş” mövzusunda kitabları var.

İnvestisiya bankçılığı sahəsində peşəkar təcrübəsini davam etdirən Prof. Dr. Erdal İTÜNOVA AŞ və Merrill Lynch Yatırım Bankası AŞ-də çalışıb.

Mission News Theme by Compete Themes.