Son yeniləmə: 26 İyul 2024 08:37
BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin vətəndaşı olmaq artıq asan deyil. Türkiyədə vətəndaşlıq almaq üçün tələb olunan şərtlər dəyişdirilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “vətəndaşlıqla bağlı qərardan sonra əcnəbilər Milli Kəşfiyyat Təşkilatı (MİT) və İnterpolun icazəsini almalıdırlar. Türkiyənin Əhali və Vətəndaşlıq Məsələləri Baş direktoru İbrahim Taşyapan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında verdiyi açıqlamada vətəndaşlıq almaq istəyənlərin MİT və İnterpol icazəsi almalı olduqlarını bildirib. Bu çərçivədə MİT əcnəbiləri təsdiq etməsə və İnterpol həmin şəxsin dosyesini “təmiz” elan etməsə, vətəndaşlıq ala bilməyəcək”.
Məlumata görə, bundan əlavə, əcnəbilər də Təhlükəsizlik Ümumi Müdirliyi tərəfindən təhlükəsizlik araşdırmasından keçəcək. İnterpol həmin şəxsi iki dəfə yoxlayacaq.