Press "Enter" to skip to content

Somali ilə tərəfdaşlıq imkanları

Görüş zamanı

Son yeniləmə: 26 İyul 2024 12:14

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə ikitərəfli iqtisadi əlaqələrin təşviqi və energetika sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar”.

Mission News Theme by Compete Themes.