Son yeniləmə: 26 İyul 2024 08:42
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada “Avropa Cəbhəsi”nin millət vəkili Salih Murat parlamentin iclasında 11-ci iclasında nazir müavinlərinin seçildiyi hökumət kabinetində heç bir türkün yer almamasını tənqid edib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, S.Murat bu vəziyyəti böyük bir haqsızlıq və ayrı-seçkilik kimi qiymətləndirib: “Türk icmasının yeni kabinetdən çıxarılması Konstitusiyaya və insan haqlarına ziddir”.
Nazirliklər kiçik icmalara verilərkən türklərə məhəl qoymamağın ikili standart olduğunu qeyd edən Salih Murat, günahkarların baş nazirin özü, Makedoniyalı koalisiyası və Vlen koalisiyasının olduğunu bildirib