Press "Enter" to skip to content

Naxçıvanda daha bir xidmət mərkəzi istifadəyə verilib

Açılış zamanı

Son yeniləmə: 26 İyul 2024 09:40

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasının Babək şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib. Bununla əlaqədar Naxçıvan MR-ə səfər edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlivə onu müşayiət edən şəxslər, eləcə də Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “DVX rəisi Orxan Nəzərli Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdən sonra Babək şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsinin, bu məqsədlə xidmət mərkəzlərinin qurulmasının diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, 2023-cü ilin may ayında Naxçıvan, 2024-cü ilin fevral ayında isə Ordubad və Şərur şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Bu gün isə analoji xidmət Babək rayonunda təşkil olunur”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bildirib ki, DVX-nin 2024-2030-cu illər üçün inkişaf strategiyasının mühüm bir hissəsi effektiv vergi xidmətləri sisteminin təşkili ilə bağlıdır: “Bu gün əsas hədəflərdən biri vergi orqanının müştəriyönümlü fəaliyyəti və xidmətlərin vergi ödəyicilərinin ehtiyac və gözləntilərinin ödənilməsinə istiqamətlənib”.

Orxan Nəzərli qeyd edib ki, Babəkdə açılan yeni mərkəz vergi ödəyicilərinə göstərilən müasir xidmətlər dairəsinin genişləndirilməsi istiqamətində tədbirlərin növbəti mərhələsidir: “DVX rəisi xidmət mərkəzinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara vergi məsələlərində zəruri dəstəyi təmin edəcəyinə əminliyini diqqətə çatdırıb”.

Sonra Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov çıxış edib. O, bildirib ki, muxtar respublikada fəaliyyət göstərən ən yeni avadanlıqlarla təchiz edilmiş modern xidmət mərkəzləri geniş funksiyalara malik olmaqla, ümumilikdə 51.400-ə yaxın vergi ödəyicisinə vergi sahəsi üzrə bütün xidmətləri təqdim edir və onların vergi məsələlərinin həllinə dəstək göstərir.

Çıxışlardan sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub.

Mission News Theme by Compete Themes.