Press "Enter" to skip to content

Kərkük yerli hökuməti konsensusla qurulmalıdır

Kərkük

Son yeniləmə: 26 İyul 2024 09:02

BAYRAQDAR MEDİA – İraqın Baş naziri Mohammed Shia Es Sudani hökumətin Kərkükdə seçkiləri uğurla keçirməsinin əyalətdə sabitliyin təmin edilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “Baş nazirin mətbuat ofisindən verilən açıqlamaya əsasən baş nazir Sudani Kərkük əyalət məclisində ərəb koalisiyasının üzvləri ilə görüşüb. Görüş zamanı Baş nazir Sudani yerli hökumətin formalaşdırılmasının başa çatdırılmasının, qardaş komponentlərin nümayəndələri arasında harmoniyanın təmin edilməsinin və qərarların qəbulu prosesində heç bir komponentin istisna edilməməsinin vacibliyini vurğulayıb”.

Məlumata görə, Kərkük vilayətinin xüsusi əhəmiyyətə malik olduğunu bildirən Sudani, xalqın gözləntilərinin qarşılanması, hökumətin xidmət və inkişaf sahələrində planlarının davam etdirilməsi və iqtisadi inkişafın təmin edilməsində milli qüvvələrin əməkdaşlığının kritik olduğunu bildirib.

Mission News Theme by Compete Themes.