Son yeniləmə: 26 İyul 2024 09:54
BAYRAQADR MEDİA – Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları iyulun 25-də tam ödənilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 26-da DSMF-dən məlumat verilib.
Bildirilib ki, “bundan əvvəl – iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb”.