Son yeniləmə: 26 İyul 2024 09:00
BAYRAQDAR MEDİA – Bolqarıstan yenidən seçkilərə getmək məcburiyyətindədir. Hər halda GERB lideri Boyko Borisovun “Növbədənkənar seçkilərin yenidən keçirilməsi qaçınılmazdır” fikirləri də bunu təsdiqləyir.
Radio Bolqarıstan xəbər verir ki, B.Borisov dialoq şəraitinin və nizami hökumətin formalaşdırılmasının təmin edilməsi üçün digər partiyaları seçki kampaniyası zamanı ehtiyatlı olmağa çağırıb: “Biz demokratiyanın köklərinə qayıtmalıyıq. Mən hamıya hörmət edirəm, amma 18 və ya 20 deputatın varsa, 240 deputatı idarə etmək istəməzsən”.