Press "Enter" to skip to content

Azərbaycanlı gənc Londonda nüfuzlu beynəlxalq forumda

Açılış mərasimi

Son yeniləmə: 26 İyul 2024 09:38

BAYRAQDAR MEDİA – İyulun 25-də 65-ci London Beynəlxalq Gənclər Elm Forumunun (London International Youth Science Forum) açılış mərasimi keçrilib.

Bu barədə BAYRAQADR MEDİA-ya bu ölkədəki səfirliyimizdən məlumat verilib.

Bildirilib ki, tədbirdə iştirak etmək üçün 81 ölkədən 420 gənc seçilib: “Azərbaycanı tədbirdə Hüseyn İldırımzadə təmsil edib. Hüseyn İldirimzadə Bakı Britaniya məktəbində təhsil alıb, hazırda Britaniyanın Taunton məktəbində təhsilini davam etdirir. Qeyd edək ki, forumun himayədarı Britaniya Kralı III Çarlzın bacısı Edinburq şahzadəsi Anne Elizabethdir. İki həftə davam edəcək forumda iştirakçılar Britaniyanın aparıcı ali təhsil ocaqlarını, elmi tədqiqat mərkəzlərini ziyarət edəcək, seminar və mühazirələrə qatılacaqlar”.

Mission News Theme by Compete Themes.