Press "Enter" to skip to content

Ahmet Melih Karavelioğlu da UBP sədrliyinə iddiaçıdır

Ahmet Melih Karavelioğlu (solda)

Son yeniləmə: 26 İyul 2024 11:19

BAYRAQDAR MEDİA – KKTC-nin hakim Ulusal Birlik Partisinin (UBP) sədrliyinə daha bir iddiaçı var. Bu, Ahmet Melih Karavelioğludur.

Məlumata görə, Gündem Kıbrıs Web TV-də Bahar Sancarın qonağı olan Ahmet Melih Karavelioğlu deyib: “UBP zəif idarə olunur. Yanvar ayında 32 illik iş həyatımı başa vurdum və UBP-ni idarə etməyə namizəd olduğumu, indi siyasətlə məşğul olacağımı elan etdim. Həmişə qarşıma hədəflər qoyaraq komandalarımla işləmişəm və həmişə məqsədlərimə nail olmuşam. Mən UBP-ni yaxşı idarə edərəm. UBP hazırda əriyir. Bu, sorğularda da özünü göstərir. Mən yaxşı idarə etməyə hazıram”.

Mission News Theme by Compete Themes.