Press "Enter" to skip to content

Abituriyentlərin Dini-Psixoloji Komissiya üzrə qeydiyyatı

Dini Psixoloji Komissiya

BAYRAQDAR MEDİA – “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin Dini-Psixoloji Komissiya üzrə qeydiyyatı davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) daxil olub.

Xəbərdə bildirilir ki, “Aİİ-nin “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 22 iyuldan 28 iyul saat 23:59-dək göstərilən keçid (https://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə Dini-Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər. “İslamşünaslıq” ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək”.

Sonra xəbərdə, “müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin “İslamşünaslıq” ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Aİİ-nin “İslamşünaslıq” ixtisasını da seçə bilərlər. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər”.

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində “İslamşünaslıq” ixtisasını qeyd edə biləcəklər.

III ixtisas qrupunun “İslamşünaslıq” ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsinə əsasən) topladığı ümumi bal əsasında aparılır.

Mission News Theme by Compete Themes.