Son yeniləmə: 25 İyul 2024 07:52
2021-2022-ci illərdə KKTC-nin Bakıdakı nümayəndəsi olan təcrübəli diplomat indi də ölkəsini Romada təmsil edəcək
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici təmsilçiliklərində vəzifə dəyişiklikləri edilib.
Bir neçə ay öncə edilmiş həmin dəyişikliklərə əsasən təcrübəli diplomat Mustafa Kemal Beyazbayram avqustun 1-dən etibarən KKTC Roma nümayəndəsi vəzifəsinə təyin edilib. Hazırda bu vəzifəni icra edən Mustafa Davulcu isə mərkəzdə, KKTC XİN-də görəv alacaq
Məlumat üçün bildirək ki, M.K.Beyazbayram 1 avqust 1970-ci ildə anadan olub. Orta məktəbi Kuzey Kıbrısda bitirdikdən sonra 1993-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsindən məzun olub. 1994-cü ildə isə həmin Universitetdə BMT və beynəlxalq qurumlar istiqaməti üzrə müdafiə edib.
O, ana dili türkcə ilə bərabər azərbaycan, ingilis və rus dillərində də sərbəst danışır.
1999-cu ildən KKTC Xarici İşlər Nazirliyi sistemində işləyən M.K.Beyazbayram 2003-2007-ci illərdə Bakıdakı Türkiyə səfirliyində təhsil, mədəniyyət, idman və Kıbrıs işlərindən sorumlu ikinci katib olaraq işləyib.
O, 2007-2011-ci illərdə KKTC XİN-də İslam Konfransı Təşkilatı, iqtisadi, mədəni və sosial işlər müdirliyində işləyib.
M.K.Beyazbayram 2011-2015-ci illərdə KKTC London təmsilçiliyində konsul olaraq çalışıb.
2015-2017-ci illərdə yenidən KKTC XİN-də işlədikdən sonra Türkiyənin Antalya şəhərinə baş konsul olaraq göndərilib. Azərbaycana təyinat alanadək ölkəsini bu vəzifədə təmsil edib.
2021-ci ilin avqustindan 2022-ci ilin avqustuna kimi Bakı təmsilçisi olan M.K.Beyazbayram 2022-ci ilin avqustundan 2024-cü ilin iyuluna qədər isə KKTC Xarici İşlər Nazirliyində çalışıb.