BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni daxil olan nəşrlərin sərgisi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “sərgidə Azərbaycan tarixinin, mədəni irsinin beynəlxalq aləmdə təbliğinə dair nəşrlər, müxtəlif elm sahələri – dilçilik, tarix, fəlsəfə, tibb, biologiya, genetika, psixologiya üzrə kitablar təqdim edilib. Onların sırasında “Mir Cəlal Paşayev və onun jurnalistik fəaliyyəti”, “Zəngəzur. Uzaq keçmişdən müasir dövrə qədər”, “Müstəqil türk dövlətlərində dil siyasəti”, “Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin flora və bitkiliyi”, “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti”, “Milli Azərbaycan Tarixi Muzeyi – 2023 (kataloq)”, “Psixokorreksiyanın əsasları”, “Təcili cərrahiyyə”, “Əczaçılıq botanikası”, “Müasir gənclərdə gender təsəvvürlərinin formalaşmasının sosial-psixoloji məsələləri”, “Azərbaycan dastanlarının folklor semantikası”, “Azərbaycan türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlərdə)”, “Milli innovasiya sisteminin təşkili və idarə edilməsi” və digər nəşrlər yer alır”.
Sərgi 2 həftə davam edəcək.