Press "Enter" to skip to content

Kursantlar ilə praktiki məşğələlər – VİDEO

Məşğələ zamanı

Son yeniləmə: 25 İyul 2024 13:24

BAYRAQADR MEDİA – Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, “Hərbi Dəniz Qüvvələri” fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 25-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “əvvəlcə kursantlara gəmidə davranış və təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti izah edilib. Məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin “Səfərə”və “Döyüşə” hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib”.

Məlumata görə sonra Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah olunub: “Məşğələlərin əsas məqsədi kursantların tədris müddətində yiyələndikləri nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir”.

Mission News Theme by Compete Themes.