Press "Enter" to skip to content

Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursu

Dərs zamanı

Son yeniləmə: 25 İyul 2024 13:24

BAYRAQADR MEDİA – “Böyük Qayıdış” proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürüləcək sakinlər üçün peşə kurslarının təşkili işlərini davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “Agentlik tərəfindən“Azəriqaz” İstehsalat Birliyi və “Technolearn” MMC ilə birgə “yardım masası (Help Desk)” mütəxəssisi və “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” peşələri üzrə hazırlıq kursuna start verilib. Kurslara Kəlbəcər rayonu üzrə 23 keçmiş məcburi köçkün cəlb olunub. Həmin şəxslərə kurslarda seçdikləri peşələr istiqamətində bilik və bacarıqlar öyrədilir. Kursları uğurla bitirənlərin işlə təminatına dəstək göstəriləcək”.

Mission News Theme by Compete Themes.