Son yeniləmə: 25 İyul 2024 07:48
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (ITC) sədri Hasan Turan Baş nazir Muhammet Şiya Es-Sudaninin rəsmi qurumlarla yazışmalarda terror təşkilatı PKK üçün “qadağan olunmuş təşkilat” ifadəsini işlətmək göstərişini alqışladıqlarını açıqlayıb.
Türkməneli TV xəbər verir ki, H.Turan X hesabında verdiyi açıqlamada bu sözləri qeyd edib: “İraqın baş naziri Məhəmməd Şia Sudaninin rəsmi yazışmalarda “qadağan olunmuş (PKK)” ifadəsini işlətməsi qərarını alqışlayırıq. Bu mühüm addım terror təşkilatları ilə mübarizə səylərinin bir hissəsi kimi qiymətləndirilir. Biz bu fürsətdən istifadə edərək Baş nazirin İraqda və regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk”.