Press "Enter" to skip to content

İki min beş yüz reabilitasiya xidməti göstərilib

Reabilitasiya xidməti

Son yeniləmə: 25 İyul 2024 13:55

Mindən çox əlilliyi olan şəxs evlərində reabilitasiya xidmətləri ilə təmin edilib

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən 1041 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “onlara 2500 reabilitasiya xidməti göstərilib. Səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir. Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqada əlilliyi olan şəxsin yaşadığı ünvana gedərək, onun ilkin müayinə və qiymətləndirməsini aparır. Daha sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir”.

Mission News Theme by Compete Themes.