Son yeniləmə: 25 İyul 2024 15:32
BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar növbəti müddətdə namizəd olmaq istədiyini və vəzifəyə gəldiyi gündən çox şeylər əldə etdiyini bildirib.
Bu barədə Kıbrıs Postası məlumat yayıb.
Bildirilib ki, Ersin Tatar ötən dövrdə atdığı addımlara diqqət çəkib: “Səhhətimiz yaxşıdır, 4 ilə yaxındır vəzifədəyəm. Mən görürəm ki, biz çox şeyə nail olmuşuq”.
Ersin Tatar “A Haber”də iştirak etdiyi proqramda Türkiyənin dəstəyi ilə iki dövlətli həll modelinin Kıbrıs türk xalqının ümidi olacağını vurğulayıb.