Press "Enter" to skip to content

E-kitab: “Sülh və təhlükəsiz yaşamaq hüququ”

Sözügedən kitabın üz qabığı

Son yeniləmə: 25 İyul 2024 19:39

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi “Təhlükəsiz yaşamaq hüququnun təminatı” layihəsi çərçivəsində “Sülh və təhlükəsiz yaşamaq hüququ” adlı e-kitab dərc edib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.

Bildirilir ki, “elektron vəsaitdə sülh və təhlükəsiz yaşamaq hüququnun təminatının beynəlxalq hüquqi məsələləri təhlil olunub. Kitabda, həmçinin Güney Qafqazda sülhün və təhlükəsiz yaşamaq hüququnun təminatı ilə bağlı bəzi zəruri məqamlara toxunulur, regionda törədilən transmilli cinayətlərin sülh hüququ və təhlükəsiz yaşamaq hüququ üçün yaratdığı fəsadlar və onların aradan qaldırılması üzrə beynəlxalq və milli hüquq normaları təhlil olunur”.

Qeyd edilir ki, “kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Dos. Səyyad Məcidlidir. Elektron kitab internet və sosial şəbəkə istifadəçiləri, sülh və təhlükəsiz yaşamaq hüququ ilə bağlı araşdırma aparan tədqiqatçılar və geniş ictimaiyyət üçün nəzərdə tutulub. Kitabın həm Azərbaycan dilində olan, həm də ingilis dilinə tərcümə olunmuş versiyalarını aggression.az saytının e-kitablar bölməsi vasitəsilə əldə etmək mümkündür”.

Qurumdan bildirilir ki, “2 ay müddətinə Bakı şəhərində icra olunacaq layihənin məqsədi təhlükəsiz və sülh şəraitində yaşamaq hüququna töhfə vermək üçün onlayn hüquqi maarifləndirmə işlərinin həyata keçirilməsidir”.

Mission News Theme by Compete Themes.