Son yeniləmə: 24 İyul 2024 09:00
Petar Markov Quzey Makedoniya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edəcək
BAYRAQADR MEDİA – Xəbər verildiyi kimi, Quzey Makedoniyanın Türkiyə və digər türk respublikalarının parlamentləri ilə yaradılan dostluq qruplarının sədr və üzvləri də açıqlanıb.
Beləliklə, Petar Markov Quzey Makedoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri seçilib.
Bu barədə Yeni Balkan xəbər verib.
Bildirilib ki, “bu qrupun üzvləri Emiliya Angelova, Pece Milevski, Daniela Hristova, Blagoy Bochvarski, Sali Murati, Imrliye Saliu Fetai və Recep Ismaildir”.
Bundan başqa Nikola Konyanovski Quzey Makedoniya ilə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın parlamentlərarası Dostluq Qrupunun sədri seçilib: “Üzvlər arasında Boban Karapeyovski, Silvana Angelevska, Dijana İlievska, Lyupço Nikolovski, Beycan İlyas, Salim Süleymani və Jovana Mojsoska var”.