Press "Enter" to skip to content

Qəbul üçün növbəyə yazılma prosesi

MÜTDA

BAYRAQDAR MEDİA – İyulun 19-da Regional Təhsil İdarələri və Naxçıvan üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün növbəyə yazılma prosesinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) daxil olub.

Xəbərdə deyilir ki, “bu günə qədər 24 min 543 nəfər artıq növbəyə yazılıb. Qeyd edilən boş yerlər üzrə növbələr 5 gün ərzində sorğuya çevriləcək. Valideynlər keçid vasitəsi ilə təhsil müəssisələrinə müvafiq olaraq qrup və boş yerlərin sayı ilə tanış ola bilərlər”.

Qeyd edək ki, Bakı şəhəri üzrə bağça seçimi 26 iyul tarixində 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-də, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-də başlayacaq.

Mission News Theme by Compete Themes.