Press "Enter" to skip to content

Könüllü fəaliyyətin təşkili ilə bağlı qrant müsabiqəsi

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – İyulun 24-dən Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən qeyri-hökumət təşkilatları üçün “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi elan edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qrant müsabiqəsinin məqsədi dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını təhsildə könüllü fəaliyyətin təşkilinə cəlb etməkdir. Müsabiqənin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir”.

Bildirək ki, qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu musabige@edu.gov.az elektron poçt ünvanı vasitəsi ilə aparılır.

Sənəd qəbulu üçün son müraciət tarixi avqustun 16-dır.

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsi ilə tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.