Press "Enter" to skip to content

“Gənc istedadlar” liseyinin uğuru

Bakı Dövlət Universiteti

BAYRAQDAR MEDİA – BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş medala layiq görülüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında” əmr imzalayıb. Əmrə əsasən, 183 şagird qızıl, 39 şagird isə gümüş nişanla təltif olunub”.

Sonra xəbərdə bildirilir ki, “BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri Camal Axundov, Cəfər Cəfərov, Aytac Əliyeva, Ömər İbrahimov, Rüxsarə Zamanlı qızıl, Fərəh Əzizi-Meşkin isə gümüş nişanla təltif olunublar. Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq”.

Mission News Theme by Compete Themes.