Press "Enter" to skip to content

Cavit Erkılınçdan media ilə bağlı mesaj

Cavit Erkılınç

Son yeniləmə: 24 İyul 2024 08:59

BAYRAQADR MEDİA – Türkiyənin Basın İlan Kurumu Genel müdürü Cavit Erkılınç 24 İyul Jurnalistlər və Mətbuat Bayramı münaisbətilə mesaj yayımlayıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, Cavit Erkılınç mesajında “demokratik cəmiyyətin qurulması və inkişafı, onun ayaqda qalması yalnız müstəqil fəaliyyət göstərmək qabiliyyətinə malik media qurumlarının olması ilə mümkündür” deyə vurğulayıb.

C.Erkılınç cəmiyyətlərdə fərdlərin azad düşüncəyə sahib olduğunun əsas göstəricisinin fərqli ideyalar daşıyan media qurumlarının olması olduğunu deyib: “Keçmişdən bu günə qədər keçdiyi bütün çətinliklərə baxmayaraq, millətimizin ortaq səsinə çevrilməyi bacaran Türkiyə mediası ölkəmizdə müasir demokratik mühitin və sülh mühitinin ən mühüm elementlərindən birinə çevrilib”.

Mission News Theme by Compete Themes.