Son yeniləmə: 24 İyul 2024 09:00
İlhan Küçük Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri seçilib
BAYRAQDAR MEDİA – Avropa Parlamentində “Yeniləşən Avropa” Qrupunun üzvü İlhan Küçük AP Hüquq Məsələləri Komissiyasının sədri seçilib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “Bolqarıstanın Avropa Parlamentindəki daha 4 nümayəndəsi də komissiyalarda rəhbər vəzifələrə təyin edilib. İlhan Küçük sosial mediada açıqlamasında yüksək vəzifələrə seçiləndə bunun Bolqarıstan və DPS üçün də uğur olduğunu deyib”.
Hüquq Məsələləri Komissiyası əsas sahələrdə mühüm institusional rola və qanunvericilik səlahiyyətlərinə malikdir.
İlhan Küçük “Fərqli nöqteyi-nəzərlərin gücünə və Komissiya üzvlərinin ekspert təcrübəsinə əsaslanaraq, konstruktiv işlərin görülməsini səbirsizliklə gözləyirəm”, deyə bildirib.