Son yeniləmə: 24 İyul 2024 09:01
BAYRAQDAR MEDİA – Quzey Makedoniya Respublikası Assambleyasının digər ölkələrin parlamentləri ilə əməkdaşlıq üçün parlamentlərarası dostluq qruplarının yaradılması haqqında qanun layihəsi təsdiqlənib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Məlumata görə, səsvermədə parlament zalında olan 87 deputatın hamısı sənədin lehinə səs verib. Heç kim əleyhinə səs verməyib və bitərəf qalmayıb.
Məlumata görə, bundan sonra Quzey Makedoniyanın Türkiyə və digər türk respublikalarının parlamentləri ilə yaradılan dostluq qruplarının sədr və üzvləri də açıqlanıb: “Millət vəkili Dr. Beycan İlyas Quzey Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri seçilib.
Dostluq Qrupunun üzvləri arasında Kire Bojinovski, Nikola Micevski, Mevmed Caferi, Dragan Kovaçki, Fatmir Bitiki, Sali Murati və Merita Kolçi Kocaciku var”.