Press "Enter" to skip to content

Qlobal idman yarışması yenə də İTV-də

İTV

BAYRAQDAR MEDİA – İyulun 24-dən başlayaraq “Paris-2024” yay olimpiya oyunları eksklüziv olaraq İctimai TV-də canlı yayımlanacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən TV-dən daxil olub.

Bildirilir ki, “İTV-də bu yay idman həyəcanı tam sürətlə davam etməkdədir. Sabahdan başlayacaq və iyulun 26-da rəsmi açılış mərasimi olacaq planetin ən möhtəşəm idman yarışması “Paris-2024” yay olimpiya oyunları idman həvəskarlarına canlı yayımda təqdim olunacaq. Avqustun 11-dək davam edəcək oyunlarda idmançılarımızın çıxışları, olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosional anları İTV-nin efirində yaşanacaq”.

Daha sonra qeyd edilir ki, “idmançılarımızın qələbə xəbərləri, yarışla bağlı eksklüziv təəssüratları ilk olaraq bizim efirdə bu il 30 illiyini qeyd edən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə Parisdən canlı yayımda nümayiş olunacaq. Hər yarış gününün əvvəli və sonunda xüsusi olaraq Paris olimpiadası üçün hazırlanmış “Bol idman”ın yeni studiyasında idmançılarımızın çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olunacaq”.

Mission News Theme by Compete Themes.