BAYRAQDAR MEDİA – 2024-cü ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 23-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib”.