Press "Enter" to skip to content

Müəllim və şagirdlərdən gözəl təşəbbüs

Zeytun bağı

Son yeniləmə: 23 İyul 2024 08:29

BAYRAQDAR MEDİA – Denizlinin Kale rayonundakı Gölbaşı şehit Sadık Sağınç ibtidai və orta məktəbinin idarəçiləri, müəllimləri, şagirdləri və valideynləri əl-ələ verərək məktəb bağçasında zeytun bağı salıblar.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumata əsasən, ilkin olaraq az sayda zeytun tinglərinin salındığı bağda bu gün 110 zeytun ağacı var: “Məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər zeytun bağının qayğısına qalıb, hər gün yeni ağaclar əlavə edərək layihəni genişləndiriblər. Qala İlçe milli təhsil müdiri Nurettin Tıkım, zeytun bağçasının salınmasında əməyi keçən hər kəsi təbrik edib. O, zeytun satışından əldə edilən gəlirlə məktəbdə kitabxana yaradıldığını və kitabxana üçün stol, stul, şkaf kimi zəruri materialların alındığını bildirib”.

Məlumata əsasən, məktəbin zeytun bağından əldə edilən gəlir birbaşa təhsil və təlim fəaliyyətlərinə töhfə verir.

Mission News Theme by Compete Themes.