BAYRAQDAR MEDİA – Bakı Ekspo Mərkəzində keçirilən dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb.
Bu haqda Səhiyyə Nazirliyinin (SN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “səhiyyə naziri Teymur Musayev 21 iyul 2024-cü il tarixində dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi çərçivəsində keçirilən “Mentor Keysi”ndə“ “Süni intellekt və əmək bazarının gələcəyi” mövzusunun müzakirələrində iştirak edib. Nazir “Mentor keys”ində iştirakçılarla bir masanı bölüşüb. Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 118 nəfər iştirakçı mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların “İdarəçi rollar üzrə modeli” ekspertlər tərəfindən qiymətləndirilib”.
Bildirək ki, sözügedən müsabiqə Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.