BAYRAQDAR MEDİA – “Yaşıl dünya naminə həmrəylik” ili və COP29 tədbirləri çərçisində “YaşılHəmrəyFest” festivalı keçirilib.
Bu haqda Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Festival Agentliyin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilib. Festivalın I mərhələsinə Bakı şəhəri, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Mərkəzi Aran regional təhsil idarələri üzrə 300-ə yaxın çox məktəbli qatılıb, final mərhələsində 110 şagird iştirak edib. Festival çərçivəsində “Gəncliyin enerji mənbələri”, “Yaşıl diplomatiya”, “Heyvanları birlikdə mühafizə edək” mövzuları üzrə panel müzakirələr aparılıb, master-klaslar, yarışlar təşkil edilib”.
Festival iştirakçıları 4 nominasiyadan biri (su, iqlim, enerji, ekoloji təmiz qida) üzrə hazırladıqları startap və innovasiya, dayanıqlı texnologiyalar üzrə layihələri nümayiş etdiriblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.