Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatı yüksəlişdədir

Nadir Azəri

Nadir Azəri: Cənab Prezidentin bəyan etdiyi kimi biz birliyi daha da gücləndirməklə TDT-ni dünya miqyasında güc mərkəzinə çevirməliyik

BAYRAQDAR MEDİA – “Hazırda qlobal məkanda bir-birindən maraqlı proseslər baş verir. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu proseslər maraqlı olduğu qədər də təhlükəli və narahatedicidir. Çünki baş verənlər, əksər xarici ekspertlərin böyük narahatlılqa dilə gətirdikləri Üçüncü Dünya müharibəsinin olma risqini daha da artırır”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

O, qeyd edib ki, Üçüncü Dünya müharibəsi risqi öz növbəsində müstəqil ölkələrin, o cümlədən dövlətlərin cəm olduğu birlik və təşkilatların qabaqlayıcı addımlar atmasını həyati zərurətə çevirib: “Bu baxımdan qlobal məkanda aparıcı aktorlardan biri olmaq iddiasını ortaya qoyan Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Çünki TDT-nin hərtərəfli inkişafı, türk dünyasında inteqrasiyanın daha da dərinləşdirilməsi üçün ortada qətiyyət və konkret hədəflərə hesablanmış siyasət var. Bu siyasət isə TDT-nin gələcək inkişafına istiqamətlənib. Prezident İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bəyan etdiyi kimi TDT-nin çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Dövlət başçısının da bəyan etdiyi kimi coğrafiyamız çox böyükdür. Təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali – bütün bütün bu amillər TDT-nin potensialını əyani şəkildə göstərir”.

Nadir Azəri bildirib ki, bu gün Azərbaycanla Türkiyənin qardaşlıq bağlarının daha da gücləndirilməsi fonunda TDT-nin dünya miqyasında güc mərkəzinə çevrilməsi üçün mühüm addımlar atılır: “Cənab Prezidentin bəyan etdiyi kimi biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq”.

O ki qaldı, hərbi sahədə işbirliyinə, QHT rəhbəri deyib ki, dövlət başçısı çıxışında bu məqama da gözəl bir aydınlıq gətirib: “Cənab Prezident TDT daxilində digər məsələlərdə olduğu kimi hərbi əməkdaşlıq məsələsində də Türkiyə-Azərbaycan əməkdaşlığını nümunə göstərdi. Dövlət başçımız bəyan etdi ki, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə. Bu isə bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir”.

Mission News Theme by Compete Themes.