Son yeniləmə: 22 İyul 2024 19:22
“Azestetik Group” şirkəti 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib
BAYRAQDAR MEDİA – “Cəmiyyəti mediasız təsəvvür etmək çətindir. İctimaiyyəti maarifləndirən, məlumatlandıran məhz sizlərisiz. Hər kəs doğru, düzgün, qərəzsiz xəbərləri, informasiyaları məhz siz jurnalistlərdən öyrənir, bilir. Bu məsuliyyətli yolda hər birinizə uğurlar diləyirəm”.
Bunu “Azestetik Group” şirkətin həmtəsisçisi və direktoru Rəşad Qasımov deyib.
Qeyd edək ki, “Azestetik Group” şirkəti 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib.
Şirkətdən verilən məlumata görə, 30 yaxın qəzet, informasiya agentliyinin, ənənəvi və internet televiziyalarının təsisçiləri, baş redakator, aparıcı və redaktorlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan “Azestetik Group”un media əlaqaləndiricisi, Əməkdar jurnalist Elnarə Dərziyeva həmkarlarını şirkət adından təbrik edib, imzasına hörmət edən qələm əhlinə uğurlar arzulayıb: “Sonra Azərbaycanda 17 ildir ki, fəaliyyət göstərən “Azestetik Group”un tanıtım çarxı nümayiş olunub. Şirkətin həmtəsisçisi və direktoru Rəşad Qasımov çıxışında dəvəti qəbul edib gəldiklərinə görə, media nümayəndələrinə təşəkkürünü bildirib. Onları peşə bayramı münasibəti ilə təbrik edib. Cımiyyətin inkişafında jurnalistlərin rolundan danışan R.Qasımov bu istiqamətdə əldə etdikləri yüksək nailiyyətlərə diqqət çəkib”.
Məlumata görə, daha sonra çıxış edən “Azestetik Group”un Satış və Biznesinkişaf rəhbəri Həşim Quliyev 17 il ərzində gördükləri işdən, həyata keçirdikləri uğurlu layihələrdən danışıb: “Həşim Quliyev dünyanın ən müasir texnologiyalarını, ən yeni tibbi və estetik avadanlıqların Azərbaycana gətirilməsini və satışını təşkil etdiklərini bildirib”.
Şirkətin həyata keçirdiyi uğurlu layihələr sırasında “Ambassador”un xüsusi diqqət çəkdiyini deyən, H.Quliyev yüzlərlə xanımın bundan yararlandığını vurğulayıb: “Bu layihə çərçivəsində təlimlər təşkil edirik. Müxtəlif estetik mərkəzlərdə çalışan və yaxud yeni iş qurub, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımlar bizə müraciət edirlər. Təlimçilərimiz onlara ödənişsiz əsaslarla, bu avadanlıqlardan istifadə qaydalarını öyrədirlər. Daha sonra xanımlara həmin cihazları güzəştli şərtlər və kreditlər əsasında əldə etmək imkanı yaradırıq”.
H.Quliyev iş sahibi olmaq istəyən hər kəsi bu imkandan yararlanmağa çağırıb.
Məlumata əsasən, sonda “Azestetik Group” Milli Mətbuatımızın 149 illiyi münasibəti ilə media mənsublarına təşəkkürnamələr və həddiyyələr təqdim edib: “Media nümayəndələri də çıxış edərək, təşkil olunan görüş və xüsusi diqqətə görə şirkət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra xatirə fotoları çəkilib”.