BAYRAQDAR MEDİA – “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun Dəlyəniz Palçıq vulkanı yaxınlığında “Geopark konsepsiyası vasitəsilə davamlı və dayanıqlı inkişafa nail olmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd olunur ki, “Dövlət və özəl qurumların nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə keçirilən tədbirin əsas məqsəd mümkün ekosistem xidmətlərinin bir qisminin nümayiş etdirilməsidir. Tədbirdə qeyd edilib ki, Azərbaycan ərazisində yaradılması nəzərdə tutulan geoparka daxil ediləcək vulkanlardan biri olan Dəlyəniz palçıq vulkanı həm maraqlı ekoturizm obyekti, həm də qışlaq turizmi, aqroturizm, müalicəvi turizmi təşkil etmək kimi imkanlara malik ərazidir”.
Eyni zamanda hazırda aktiv şəkildə palçıq vulkanlarının UNESCO-nun siyahısına salınması istiqamətində işlər görüldüyü də vurğulanıb.