Press "Enter" to skip to content

Əlilliyi olan 15 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 22 İyul 2024 12:24

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 15,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Bu barədə Nazirliyin məlumatına əsasən, onlardan 979 nəfəri stasionar, 10 min nəfəri ambulator, 941 nəfəri icma əsaslı, 3,3 min nəfəri onlayn, 118 nəfəri ippoterapiya, 253 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunub.

Mission News Theme by Compete Themes.