Son yeniləmə: 22 İyul 2024 12:09
BAYRAQDAR MEDİA – Bolqarıstanın Baş naziri Dimitar Qlavçev və daxili işlər naziri Kalin Stoyanov yanğından zərər çəkmiş Voden kəndinə baş çəkib, burada yanğınla mübarizədə iştirak edən türk yanğınsöndürənlərinə minnətdarlıqlarını bildiriblər.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, türk yanğınsöndürənləri bolqar həmkarları, hərbçilər, meşə təsərrüfatı, jandarma və sərhəd polisi əməkdaşları və könüllülərlə birlikdə dörd gün ərzində alovla mübarizə aparıblar.
Daxili işlər naziri “Türkiyədən kömək təcili xəbərdarlığın ardından saatlar içində gəldi. Bu çətin anlar bizim mehriban qonşu və dost olduğumuzu bir daha göstərdi. Dəstəyinizə və iştirakınıza görə sizə çox minnətdarıq” deyib.