Press "Enter" to skip to content

Sadır Caparov qardaş ölkəyə səfər edib

Qarşılanma zamanı

Son yeniləmə: 19 İyul 2024 08:03

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov iyulun 18-də dövlət səfəri ilə Özbəkistan paytaxtı Daşkəndə gəlib.

Bu barədə bulak.kg saytı məlumat yayıb.

Bildirilib ki, “Sadır Caparovun təyyarəsi İslam Kərimov adına Beynəlxalq Hava Limanına enib. Hava limanında xalça düzülüb, fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Caparovu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb”.

Məlumata görə, dövlət səfəri çərçivəsində ən yüksək səviyyədə ikitərəfli danışıqlar aparılacaq: “Bir sıra ikitərəfli sənədlərin imzalanması, eləcə də digər rəsmi tədbirlərin keçirilməsi gözlənilir. Prezident Sadır Caparovun dövlət səfəri çərçivəsində tədbirlər Daşkənd və Xivə şəhərlərində keçiriləcək”.

Mission News Theme by Compete Themes.