Press "Enter" to skip to content

Quba və Qusarda nümunəvi təsərrüfatlara baxış keçirilib

Təsərrüfatlara baxış zamanı

Son yeniləmə: 19 İyul 2024 10:08

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı paytaxtı elan olunmuş Quba şəhərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə üzv və müşahidəçi dövlətlərin “OTS Made” (TDT İstehsal) brendinin yaradılması ilə bağlı iclası keçirilir.

İclas çərçivəsində TDT ölkələrinin nümayəndələri Quba və Qusarda nümunəvi təsərrüfatlara baş çəkib aqrar fəaliyyətin təşkili prosesi ilə maraqlanıblar.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “səfər iştirakçıları Meyvəçilik və Çayçılıq İnstitutunun fəaliyyəti ilə də tanış olub, institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, istixana-tingçilik kompleksinə baxış keçiriblər”.

Məlumatda deyilir ki, qonaqlara bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyası, aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib.

Mission News Theme by Compete Themes.