Son yeniləmə: 19 İyul 2024 12:09
BAYRAQDAR MEDİA – Avropa Komissiyasının hesabatına əsasən, 2024-2025-ci illərdə iyulun ilk iki həftəsində Qazaxıstandan Avropa Birliyinə bərk buğda tədarükünün payı 68,5 faizə yüksəlib.
Bu barədə Kazinform xəbər verib.
Bildirilib ki, “Avropa Komissiyasının məlumatına görə, Qazaxıstandan AB-yə bərk buğda tədarükünün payı 19 min 62 tona yüksəlib. 2023-2024-cü illər üçün bu rəqəmlər 26,5 faiz, yəni 10 min 341 ton olub. İlk 3-lükdə Qazaxıstanla yanaşı, Türkiyə və Kanada da yer alıb”.