Press "Enter" to skip to content

“Palata”ya daxili baxış

Palata

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) səhnəsində mövsümün son premyerası – Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “Palata” (səhnələşdirən: Bəhram Osmanov) tamaşasına daxili baxış keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “janr etibarı ilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır. Cəmiyyətin ictimai-fəlsəfi problemlərinin ustalıqla əks olunduğu səhnə əsərində cərəyan edən hadisələr məhdud məkanda baş versə də, psixoloji təsir dairəsi hüdudsuzdur”.

Sonra xəbərdə, “bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan bu tamaşada obazları Ər-Toğrul (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artisləri Rəşad Rüstəmli və Orxan Mirzəyev canlandıracaqlar” deyə bildirilir.

Qeyd edək ki, səhnə əsəri geniş tamaşaçı kütləsinə gələn mövsümdə təqdim olunacaq.

Mission News Theme by Compete Themes.