BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Araz supermarketin Nəsimi rayonu filialında keçirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd olunur ki, “aksiya zamanı vətəndaşlar ümumi tutumu 382 litr olan plastik, 21 litr tutumu olan şüşə butulka və 36 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Nazirlik əhali arasında tullantıların çeşidlənməsinin önəmini vurğulamaq, təkrar emala dəstək olmaq məqsədi ilə keçirilən aksiyalarda fəal iştirak edən bütün vətəndaşlara təşəkkür edib, hər kəsi polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə etməyə çağırıb”.